Şənbə , İyun 27 2026
azfa

Türkiyə bayrağı azad edilən Afrin şəhərinə sancıldı-Video

 

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azad Suriya Ordusu cənub-şərq istiqamətindən Afrinə mərkəzinə daxil olub. Şəhərin mərkəzində atışma və partlayış səsləri gəlir. Türkiyə hərbi təyyarələri də əməliyyata dəstək verir.

Azad Suriya Ordusu Afrinin mərkəzində nəzarəti tam olaraq ələ keçirib.

Afrin şəhər mərkəzi Türkiyə ordusunun dəstəyi ilə Azad Suriya Ordusu tərəfindən bu gün 08:30-da tam nəzarət altına alınıb. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. Onun sözlərinə görə, hazırda şəhər mərkəzində Türkiyə və ASO bayraqları dalğalanır:

“Afrin əməliyyatını başdan bu yana dəstəkləyən millətimə təşəkkür edirəm. Türkiyə yenə də haqlının, məzlumun yanında olduğunu dünyaya göstərdi. 140 min insan Cerablusa geri qayıtdı. İndi də Afrindən olan qardaşlarımız geri qayıdacaqlar. Bölgənin inkişafı üçün hər şeyi edəcəyik. Yerli xalqına öz evlərinə sahib olması üçün gərəkən hər addımı atacağıq”.

Şəhərdən ilk görüntüləri təqdim edirik:

 

Həmçinin yoxlayın

CoinEx İran vəsaitlərinin əsas kriptovalyuta mərkəzinə çevrilib

GADTB: The Wall Street Journal yazır ki, blokçeyn məlumatlarına əsasən, Seyşel adalarında yerləşən CoinEx kriptovalyuta …

İran Hörmüz boğazında alternativ marşrutlarla bağlı xəbərdarlıq etdi

GADTB: İran İslam Respublikasının xarici işlər nazirinin müavini hökumətin müəyyən etdiyi qaydalardan kənar marşrutlardan istifadə …

Bir cavab yazın