Türkiyə ordusu Afrinin mərkəzinə doğru irəliləyir, bir sıra kəndlər alındı

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Türk ordusu Afrinin mərkəzi hissəsinin sərhədlərinə çatıb. Afrin mərkəzi bölgəsinin tabeliyində olan Şavariqat Əl-Caviz və Melkiyə kəndləri terrorçulardan təmizlənib.

Türkiyə Silahlı Qüvvələrinin əməliyyatı nəticəsində Arfin yaxınlığındakı Böyük Halobu kəndi terrorçulardan azad edilib. Kəndin azad edilməsi ilə Afrinlə Azezi içməli su ilə təmin edən bənd ordu qüvvələrinin nəzarətinə keçib.

Digər tərəfdən isə Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrinin Şera mahalının Maranez kəndini azad etmək üçün əməliyyata başlayıb.

Ordunun sözügedən kənddəki terrorçu hədəflərini “Fırtına” topları ilə atəşə tutduğu bildirilir.

Qeyd edək ki, Türkiyənin Afrinin 60 faizini terrorçulardan təmizlədiyi bildirilmişdi.

Həmçinin yoxlayın

Tramp: Razılaşmaya çox yaxınıq, onlar nüvə silahına sahib olmayacaqlarını qəbul ediblər

GADTB: ABŞ Prezidenti Donald Trump İranla aparılan danışıqlarla bağlı son açıqlamasında tərəflərin razılaşmaya “çox yaxın” …

ABŞ İranın dondurulmuş aktivlərini İran tərəfindən hücuma məruz qalan körfəz ölkələrinə verməyi düşünür

GADTB: ABŞ administrasiyası İranın Küveyt və Bəhreynə qarşı son raket və dron hücumlarının vurduğu ziyanın …

Bir cavab yazın