Cümə axşamı , İyun 11 2026
azfa

Əli Acorlu “müharibə aparma” ittihamı ilə edam təhlükəsi ilə qarşılaşıb

GADTB: Qəzvinin Əlvənd şəhərindən olan 35 yaşlı azərbaycanlı gənc Əli Acorlu ciddi edam təhlükəsi ilə üzləşib. Bir uşaq atası olan Əli Acorlu “Əli Məşti” adlı dondurma mağazasının sahibidir. O, bacısı oğlu Məhəmmədhüseyn Xələcin yanvar etirazları zamanı öldürülməsindən sonra saxlanılıb.

Məlumatlara görə, Məhəmmədhüseyn Xələc yanvarın 18-də Əli Acorlunun dondurma mağazasının qarşısında təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində həyatını itirib. Hadisədən sonra təhlükəsizlik qüvvələri Əli Acorlunu saxlayıb və onun iş yerini möhürləyiblər.

Yayılan xəbərlərdə bildirilir ki, o, hazırda Qəzvinin Çubindər həbsxanasında tam məlumat qadağası şəraitində saxlanılır və ailəsi ilə görüş, eləcə də normal əlaqə imkanından məhrum edilib.

Ailəyə yaxın mənbələrin sözlərinə görə, işə baxan hakim “müharibə aparma” ittihamına əsaslanaraq onun barəsində ağır hökm çıxarıb və ailəsi edam hökmünün icra olunacağı ehtimalından ciddi narahatlıq keçirir.

Həmçinin yoxlayın

Türkiyədən Kipr razılaşmalarına qarşı təşəbbüslərə sərt etiraz

GADTB: Fransa ilə Cənubi Kipr Administrasiyası arasında imzalanan qüvvələrin statusuna dair saziş 1960-cı il Kipr …

ABŞ və İran hücumlara baxmayaraq danışıqları davam etdirir

GADTB: Bu gün CNN telekanalı xəbər verir ki, ABŞ və İran gecə baş verən qarşılıqlı …