Ərdəbildə Ana Dili Günü münasibətilə 1397 (2018-2019) il üçün türkcə təqvim çap edilib

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Güney azərbaycanın Ərdəbil şəhərində azərbaycanlı milli-mədəni fəallar tərəfindən 21 Fevral – Beynəlxalq Ana Dili Günü  ərəfəsində türk dilində təqvim çap edilib. Fəallar beləliklə 21 Fevral – Beynəlxalq Ana Dili Gününə öz töhfələrini vermək istəyiblər.  

Məlumata görə 1397 (2018-2019) ili üçün təqvimin üzərində “Ana dilində mədrəsə – olmalıdır hər kəsə” şüarı yazılmışdır.

Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəallar Güney Azərbaycanda beləliklə Beynəlxalq Ana Dili Gününü qeyd edərək, irqçi fars rejiminə müqavimət göstərməyi və Azərbaycanın türk millətinin hüquqlarını bərpa etməyi qarşıya məqsəd qoyublar.

Həmçinin yoxlayın

Tramp: Razılaşmaya çox yaxınıq, onlar nüvə silahına sahib olmayacaqlarını qəbul ediblər

GADTB: ABŞ Prezidenti Donald Trump İranla aparılan danışıqlarla bağlı son açıqlamasında tərəflərin razılaşmaya “çox yaxın” …

ABŞ İranın dondurulmuş aktivlərini İran tərəfindən hücuma məruz qalan körfəz ölkələrinə verməyi düşünür

GADTB: ABŞ administrasiyası İranın Küveyt və Bəhreynə qarşı son raket və dron hücumlarının vurduğu ziyanın …

Bir cavab yazın