Cümə , İyun 26 2026
azfa

Ukrayna Rusiyan 24700 hərbçisini öldürüb, bir neçə yaşayış məntəqəsini azad etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna müharibənin 71-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Bu barədə Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında məlumat yayılıb.

Bildirilib ki, Rusiya indiyə qədər 24 700 hərbçi, 1092 ədəd tank, 2651 ədəd zirehli döyüş maşını, 499 ədəd artilleriya sistemi, 169 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 83 hava hücumundan müdafiə sistemi, 196 ədəd hərbi təyyarə, 155 ədəd helikopter, 1907 ədəd avtomobil texnikası, 10 ədəd gəmi/kater, 76 ədəd yanacaq sisterni, 312 ədəd PUA, 38 ədəd xüsusi texnika, 89 qanadlı raket itirib.

Eyni zamanda işğalçı ruslar Nikolayev və Xerson vilayətlərində bir neçə yaşayış məntəqəsinə nəzarəti itiriblər. Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. “Ukrayna ordusunun uğurlu əməliyyatları nəticəsində düşmən Xerson və Nikolayev vilayətlərində bir neçə yaşayış məntəqəsinə nəzarəti itirib”, – məlumatda qeyd olunub.

Həmçinin yoxlayın

CoinEx İran vəsaitlərinin əsas kriptovalyuta mərkəzinə çevrilib

GADTB: The Wall Street Journal yazır ki, blokçeyn məlumatlarına əsasən, Seyşel adalarında yerləşən CoinEx kriptovalyuta …

İran Hörmüz boğazında alternativ marşrutlarla bağlı xəbərdarlıq etdi

GADTB: İran İslam Respublikasının xarici işlər nazirinin müavini hökumətin müəyyən etdiyi qaydalardan kənar marşrutlardan istifadə …