Cümə , İyun 26 2026
azfa

Azərbaycanlı müğənni Damlaya görə molla rejimi Ərdəbildə şadlıq sarayını bağladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbil əyalətinin prokuroru Cəlal Afaqi bildirib ki, müğənni Damlanın Ərdəbilə səfəri və orada şadlıq saraylarından birində çıxışından sonra həmin yerin fəaliyyəti qadağan edilib.

 “Qanunları və dəyərləri pozaraq hakim islam mədəniyyətinə məhəl qoymayan bu müğənni ictimai qaydalara xələl gətirmiş və əxlaqsızlığı təbliğ etmişdir. Məsələ ciddi şəkildə araşdırılır və ölçü götürüləcək”,- Afaqi deyib.

Qeyd edək ki, azərbaycanlı müğənni Damlanın Ərdəbil səfəri, orada ifası və hicabsız görüntüləri sosial media kanallarında geniş yayılıb. Radikal dinçi cərəyana mənsub media kanalları bunu tənqid ediblər.

Video:

https://t.me/GADTB1/35959

Həmçinin yoxlayın

CoinEx İran vəsaitlərinin əsas kriptovalyuta mərkəzinə çevrilib

GADTB: The Wall Street Journal yazır ki, blokçeyn məlumatlarına əsasən, Seyşel adalarında yerləşən CoinEx kriptovalyuta …

İran Hörmüz boğazında alternativ marşrutlarla bağlı xəbərdarlıq etdi

GADTB: İran İslam Respublikasının xarici işlər nazirinin müavini hökumətin müəyyən etdiyi qaydalardan kənar marşrutlardan istifadə …