Cümə , İyun 26 2026
azfa

Tramp: “İranla bağlı şayiələr yalandır, nəticələr ağır ola bilər”

GADTB: Bu gün ABŞ Prezidenti Donald Tramp İranla mümkün müharibə ilə bağlı administrasiya daxilində fikir ayrılıqları olduğu barədə yayılan məlumatları rədd edib. O, bununla bağlı, özünün “Truth Social” platformasında paylaşım edib.

Tramp mediada general Daniel Keynlə yayılan iddiaları təkzib edərək bildirib ki, guya general İranla müharibəyə qarşı çıxıb. Prezidentin sözlərinə görə, Keyn və digər hərbi rəhbərlər münaqişədən qaçmağa üstünlük versələr də, zərurət yaranacağı halda İrana qarşı əməliyyatın “asanlıqla qazanıla biləcəyinə” inanırlar.

ABŞ Prezidenti İranla bağlı “məhdud zərbələr” variantının müzakirə olunduğuna dair xəbərləri də yalan adlandırıb.

Bununla yanaşı, Tramp Tehranla diplomatik razılaşmaya üstünlük verdiyini vurğulayıb. Ancaq o, xəbərdarlıq edib ki, danışıqlar uğursuz olarsa, İran və onun xalqı üçün “çox pis gün” olacaq./Azad İran

Həmçinin yoxlayın

CoinEx İran vəsaitlərinin əsas kriptovalyuta mərkəzinə çevrilib

GADTB: The Wall Street Journal yazır ki, blokçeyn məlumatlarına əsasən, Seyşel adalarında yerləşən CoinEx kriptovalyuta …

İran Hörmüz boğazında alternativ marşrutlarla bağlı xəbərdarlıq etdi

GADTB: İran İslam Respublikasının xarici işlər nazirinin müavini hökumətin müəyyən etdiyi qaydalardan kənar marşrutlardan istifadə …