Cümə , İyun 26 2026
azfa

Türkiyə PKK terrorçularında 2 tona yaxın narkotik maddə tutdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Diyarbəkir şəhərində PKK terror qruplaşmasına qarşı başladılmış əməliyyat başa çatıb. Əməliyyat nəticəsində 1 ton 626 kiloqram narkotik vasitə ələ keçirilib.

Məlumata görə, “Bayraq-81 şəhid-könüllü kənd qoruyucusu Yasəddin Opçin əməliyyatı” zamanı terrorçuların istifadə etdiyi 7 mağara, 8 sığınacaq və kustar üsulla hazırlanmış 3 uzaqdan idarə edilən partladıcı aşkar edilərək məhv edilib. Sığınacaqlarda və ərazidə basdırılmış qablarda M-16 silahı, 3 ədəd “Kalaşnikov” tipli avtomat, 356 ədəd fişəng, tapançalar, 2 ədəd əl qumbarası və terror qruplaşmasına aid çox sayda sənəd tapılıb. Əməliyyat nəticəsində 28 nəfər saxlanılıb. Ərazidən həmçinin 3175 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Həmçinin yoxlayın

CoinEx İran vəsaitlərinin əsas kriptovalyuta mərkəzinə çevrilib

GADTB: The Wall Street Journal yazır ki, blokçeyn məlumatlarına əsasən, Seyşel adalarında yerləşən CoinEx kriptovalyuta …

İran Hörmüz boğazında alternativ marşrutlarla bağlı xəbərdarlıq etdi

GADTB: İran İslam Respublikasının xarici işlər nazirinin müavini hökumətin müəyyən etdiyi qaydalardan kənar marşrutlardan istifadə …

Bir cavab yazın