Çərşənbə axşamı , Sentyabr 15 2026
azfa

Aylıq Arxivlər: İyun 2026

İran İraqda ərəb ölkələrinə qarşı hücumlar üçün yeni gizli terrorçu qrup yaradıb

GADTB: Reuters agentliyinin İraqın hərbi və təhlükəsizlik mənbələrinə istinadən yaydığı məlumata görə, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın bölgədəki müttəfiq silahlı qruplarına qarşı artan təzyiqləri aşmaq məqsədilə İraqda birbaşa özünə tabe olan yeni gizli qruplar təşkil edib. İraqın hərbi və təhlükəsizlik qurumlarından olan səkkiz mənbə, eləcə də şiə silahlı …

Ətraflı oxu »

Pentaqon İranla müharibə və digər xərclər üçün 80 milyard dollar əlavə vəsait istəyib

GADTB: The Wall Street Journal qəzetinin məlumatına görə, məlumatlı mənbələr bildiriblər ki, ABŞ müdafiə nazirinin müavini Stiven Faynberq bu həftə qanunvericilərlə keçirdiyi görüşlərdə Pentaqonun İranla müharibənin xərclərini və müharibə ilə birbaşa əlaqəsi olmayan bəzi digər layihələri maliyyələşdirmək üçün əlavə 80 milyard dollar büdcəyə ehtiyacı olduğunu açıqlayıb. Məlumata görə, ABŞ Konqresinin …

Ətraflı oxu »

Əli Babayi siyasi məhbusları müdafiə etdikdən sonra təkadamlıq kameraya köçürüldü

GADTB: Təbriz Mərkəzi Həbsxanasından daxil olan məlumatlara görə, Əli Babayi digər siyasi məhbuslara qarşı rəftarın və təzyiqlərin qarşısını almağa çalışdıqdan sonra təhlükəsizlik əməkdaşları tərəfindən döyülərək təkadamlıq kameraya yerləşdirilib. Məlumatlara əsasən, fəalın ictimai telefondan istifadə və ailəsi ilə əlaqə saxlamaq hüququ da məhdudlaşdırılıb. Məlumatlı mənbələrin bildirdiyinə görə, son günlər siyasi məhbuslara …

Ətraflı oxu »

Onilliklər boyu diqqətsiz qaldıqdan sonra Rəbi Rəşidinin dünya irsi siyahısına salınması istiqamətində işlər sürətlənir

GADTB: Təbrizin şimal-şərqində yerləşən Rəbi Rəşidi Azərbaycanın Elxanilər dövrünə aid ən mühüm mədəni və elmi abidələrindən biri hesab olunur. VIII hicri əsrində Rəşidəddin Fəzlullah Həmədani tərəfindən yaradılan bu kompleks əslində universitet, məktəblər, kitabxanalar, tədqiqat mərkəzləri, emalatxanalar və müxtəlif xidmət obyektlərini özündə birləşdirən böyük elm və mədəniyyət şəhərciyi idi. Tarixi mənbələrdə …

Ətraflı oxu »

Qrossi: İsveçrədə keçiriləcək İran–ABŞ danışıqlarında iştirak edəcəyik

GADTB: Rafael Qrossi, Beynəlxalq Atom Enerjisi Agentliyi-nin İsveçrədə keçiriləcək İran–ABŞ danışıqlarında iştirak edəcəyini açıqlayıb və bildirib ki, agentlik iki ölkə arasında əldə olunmuş son razılaşmanın icrası ilə bağlı müzakirələrdə yer alacaq. Qrossi cümə günü İsveçrədə keçirilməsi planlaşdırılan görüşə toxunaraq deyib ki, agentlik danışıqlarda iştirak etməyə və texniki nəzarət mexanizmləri çərçivəsində …

Ətraflı oxu »

Heqset: Ordu danışıqların arxasındakı böyük dəyənək olacaq

GADTB: ABŞ müdafiə naziri Pit Heqset cümə axşamı günü İslamabad anlaşma memorandumu ilə bağlı açıqlamasında bildirib ki, ABŞ ordusu danışıqların arxasında duran “böyük dəyənək” rolunu oynayacaq. O, həmçinin vurğulayıb ki, ABŞ-ın Yaxın Şərqdəki hərbi mövcudluğunun həcmi ilə bağlı hər hansı dəyişiklik mövcud şəraitdən asılı olacaq. Bu, Tehran və Vaşinqton arasında …

Ətraflı oxu »

Həmədan müəllimlər hərəkatı fəalının məhkəmə iclası keçirildi

GADTB: Həmədan müəllimlərinin həmkarlar ittifaqı fəalı Rza Müslimi barəsində irəli sürülmüş ittihamlarla bağlı məhkəmə iclası keçirilib. Məlumata görə, işə baxılması üzrə məhkəmə iclası 27 xordad tarixində Həmədan İnqilab Məhkəməsinin ikinci şöbəsində hakim Trabburpurun sədrliyi ilə baş tutub. İclas zamanı Rza Müslimi “toplaşma və əlbir olma”, “virtual məkanda ictimai rəyi çaşdırma” …

Ətraflı oxu »

Musəvi: “Qafqaz bizim evimizdir”

GADTB: İranın Azərbaycandakı keçmiş səfiri, hazırda Prezident Administrasiyasının protokol və rəsmi tədbirlər üzrə müavini Seyid Abbas Musəvi Zəngəzur dəhlizi ilə bağlı növbəti dəfə cəfəng açıqlamalar verib. SNN telekanalına müsahibəsində Musəvi bildirib ki, İran bölgədə geosiyasi sərhədlərin dəyişdirilməsini qəbul etmir. O, “Qafqaz bizim evimizdir” ifadəsini işlədərək Qafqazın İran üçün xüsusi əhəmiyyət …

Ətraflı oxu »

ABŞ ilə İran arasında imzalanmış Anlaşma Memorandumunun tam mətni yayımlanıb

GADTB: İran İslam Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış İslamabad Anlaşma Memorandumunun mətni açıqlanıb. Memoranduma əsasən tərəflər aşağıdakı məsələlər üzrə razılığa gəliblər: İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları, eləcə də onların müttəfiqləri bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal və daimi dayandırıldığını elan edir, gələcəkdə bir-birinə qarşı …

Ətraflı oxu »

Tramp və Pezeşkian anlaşma memorandumunu imzalayıblar

GADTB: ABŞ ilə İran arasında anlaşma memorandumunu hər iki ölkənin prezidenti elektron qaydada imzalayıb. İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai bu barədə məlumat verib. Qeyd edək ki, daha öncəki açıqlamasında Bəqai ABŞ-la anlaşma memorandumunu İran və ABŞ prezidentlərinin imzalaya biləcəyini bəyan etmişdi. Üstəlik 14 maddəlik anlaşmanın mətni də …

Ətraflı oxu »