Şənbə , İyun 20 2026
azfa

Xəbərlər

3 türk ölkəsinin siyasi xadimləri Ankarada konfrans keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ankarada Türkiyə Prezident Administrasiyası yanında Milli Kitabxanada Qazaxıstan, Türkiyə və Azərbaycandan tanınmış ictimai və siyasi xadimlərinin iştirakı ilə “Türk dünyası: Tarix, bu gün, gələcək” Beynəlxalq Konfransı keçirilib. Qazaxıstan Respublikasının müstəqilliyinin 30-cu ildönümünə həsr olunmuş tədbir Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbaşı Kitabxanası, Xarici …

Ətraflı oxu »

İran rejimi yaxaladığı azərbaycanlı fəal Vədud Əsədinin vəsiqə qarşılığında zaminə buraxılmasına mane olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi yaxaladığı azərbaycanlı fəal Vədud Əsədinin vəsiqə qarşılığında zaminə buraxılmasına mane olub. Azərbaycanlı fəal Vədud Əsədinin zaminə buraxılması üçün Rəştin Ümumi və İnqilab Məhkəməsi tərəfindən 170 milyon tümənlik vəsiqə təyin edildiyi bildirilir. Lakin rejimin həmin məhkəməsi dosyenin təkmil olmadığı bəhanəsi ilə fəalın …

Ətraflı oxu »

Azərbaycanın Zəfər Günü münasibətilə Osloda rəsmi ziyafət verilib

GADTB-nin Mətbuat Mərkəzinin AZƏRTAC-a istinadən yaydığı məlumata görə, Zəfər Günü münasibətilə Osloda rəsmi ziyafət verilib. Norveçdə fəaliyyət göstərən “CAN” təşkilatı tərəfindən Azərbaycan Diasporuna Dəstək Fondu və Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən tədbirdə Azərbaycan və türk diasporlarının üzvləri, habelə Azərbaycan, Türkiyə, Pakistan, Şimali Makedoniya və Əfqanıstanın bu ölkədəki səfirləri, Osloda …

Ətraflı oxu »

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) 8 Noyabr – Azərbaycanın Zəfər Günü ilə bağlı təbrik mesajı

GADTB: Azərbaycan Ordusunun rəşadəti ilə 8 Noyabr Azərbaycan tarixinə Zəfər Günü kimi düşdü. Müzəffər Azərbaycan Ordusu igidliklə həmin gün dünyanın savaş tarixində mümkün olmayanı mümkün etdi. 28 il sonra Azərbaycan Ordusu böyük qəhrəmanlıqla Azərbaycanın Musiqi beşiyi Şuşanı erməni işğalından azad etmişdir. Birinci Qarabağ savaşında işğalçı Ermənistana gizli yardım edən İranın …

Ətraflı oxu »

Rusiya fizik alimi “Bayraqdar”ın zəif yerini tapdığını iddia edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Moskva Radiotexnika İnstitutunun direktor müavini İqor Yesakov iddia edib ki, “Bayraqdar” zərbə PUA-sı mikrodalğalı silahlardan qorunmur və onu başqa silahlardan istifadə etmədən də vurmaq olar. Ukrayna ordusunun Donbasda bu silahdan istifadə ilə üstünlüyü ələ alacağı barədə danışan fizik bildirib ki, mikrodalğalı top elektroniki …

Ətraflı oxu »

Arayik Harutyunyan Qarabağda hərbi səfərbərlik elan etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qarabağdakı erməni terrorçuların rəhbəri Arayik Harutyunyan bu gün “sərəncam” imzalayıb. Həmin “sərəncam”a əsasən səfərbərlik elan olunub. Belə ki, yanvar ayının 1-dən etibarən Qarabağda yaşayan, 18 yaşı tamam olmuş, habelə indiyə qədər “möhlət hüququ” almış şəxslər “həqiqi hərbi xidmətə” çağrılacaq. Proses fevralın sonuna kimi …

Ətraflı oxu »

Avstraliya-Azərbaycan Assosiasiyasının 8 Noyabr – Zəfər Günü münasibəti ilə təbrik mesajı

GADTB: 8 Noyabr – Azərbaycanda Zəfər Günüdür. Müzəffər Ali Baş Komandanın başçılığı ilə Azərbaycan Ordusu İkinci Qarabağ savaşında misilsiz igidlik göstərib, işğalçı Ermənistanın 30 il işğalda saxladığı Azərbaycan torpaqlarını işğaldan azad etməklə tarixinin ən şərəfli səhifəsini yazdı. Azərbaycanın qələbə qazanaraq öz torpaqlarını işğaldan azad etməyi görən Tehran rejimi bütün imkanlarını …

Ətraflı oxu »

İran rejiminin həbs etdiyi Əlirza Fərşi və 8 məhbus etiraz məktubu yaydı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Fəşafuyə zindanında həbsdə saxladığı azərbaycanlı siyasi məhbus Əlirza Fərşi və başqa 8 məhbus açıq məktubla zindanda onlara qarşı təzyiqlərə və bölmələrinin dəyişdirilməsinə etirazlarını bildiriblər. Etiraz məktubunda yazılıb: “Zindanın 2-ci bölməsinin müdiriyyəti, özəlliklə Miryusifin yanlış idarəçiliklə biz məhbusların yerini əlavə cəza üsulu …

Ətraflı oxu »

Zəfər Günü münasibətilə Osloda parlament binasının qarşısında aksiya keçirilib -Video

GADTB-nin Mətbuat Mərkəzinin AZƏRTAC-a istinadən yaydığı məlumata görə, Norveçdəki Azərbaycan və türk diasporunun üzvləri Zəfər Gününün birinci ildönümü münasibətilə Oslonun mərkəzində yerləşən krallığın parlament binasının qarşısında “Böyük qayıdış” adlı aksiya keçirib. Norveçdə fəaliyyət göstərən “CAN” təşkilatı tərəfindən keçirilən aksiyaya bu ölkədə yaşayan azərbaycanlı və türklərlə yanaşı, Türkiyənin Norveçdəki səfirliyinin işçiləri …

Ətraflı oxu »